Ən Yaxşı Internet Təminatı

FlexNET


Məxfilik siyasəti


Bu Qlobal Məxfilik Bildirişi topladığımız Fərdi Məlumatların növünü, həmin Fərdi Məlumatların toplanılması məqsədlərini, onları paylaşa biləcəyimiz digər tərəfləri və məlumatların təhlükəsizliyini təmin etmək üçün gördüyümüz tədbirləri təsvir edir. Bundan başqa, bu bildiriş sizə Fərdi Məlumatlarınızla bağlı hüquqlarınız və seçimləriniz barədə, habelə məxfiliyi təminetmə prosedurlarımızla əlaqədar bizimlə necə əlaqə saxlaya biləcəyinizlə bağlı məlumat verir.

Nəzərə alın ki, biz, ödəniş əməliyyatlarının emalı üçün daxil olmaqla məlumat nəzarətçiləri qismində çıxış edən maliyyə təşkilatları, ticarətçilər və digər tərəfdaşlar adından və onların təlimatlarına əsasən də hərəkət edirik. Bu kontekstdə Fərdi Məlumatlarınızın emal edilməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün onların müvafiq məxfilik siyasətlərini nəzərdən keçirin.

Məxfiliyin qorunması ilə bağlı prosedurlarımız yerli təcrübələr və qanuni tələbləri əks etdirmək üçün fəaliyyət göstərdiyimiz müxtəlif ölkələrdə fərqli ola bilər. Bəzi məhsul və xidmətlərimizə xüsusi məxfilik bildirişləri tətbiq edilə bilər. Konkret məhsul və ya xidmətlə əlaqədar məxfilik prosedurlarımızla və məlumat təcrübəmizlə bağlı daha ətraflı məlumat almaq üçün həmin məhsul və ya xidmətin veb-saytına və ya rəqəmsal resursuna baş çəkin.







İstifadəçi şərtləri və qaydaları


Xidmət ilkin olaraq Abunəçi tərəfindən ödəniş həyata keçirildikdən sonra aktivləşdirilir və Tarifdə müəyyən olunan xidmət haqqı müqabilində aylıq əsasla təmin edilir.
Xidmət haqqı ödənişi xidmət aktivləşdirildiyi gün əsasında hər növbəti ayın müvafiq günü həyata keçirilməlidir (Ödəniş günü). Xidmət haqqı Ödəniş günündə ödənilmədikdə, 5 (beş) təqvim günü ərzində (güzəşt müddəti) xidmət məhdudlaşdırılmış sürətlə verilir. Ödəniş Güzəşt müddəti ərzində edilmədikdə xidmətin verilməsi dayandırılır.
Ödəniş güzəşt müddəti ərzində edilərsə, ödəniş günü dəyişməz olaraq qalır. Ödəniş güzəşt müddəti bitdikdən sonra həyata keçirildiyi halda isə ödəniş günü Ödənişin icra edildiyi faktiki gün əsasında müəyyən edilir və Xidmətdən bir aylıq istifadə müddəti həmin tarixdən başlayır.

BİZİMLƏ ƏLAQƏ


Əlaqə məlumatları:

Mövcud xidmətlərlə bağlı əlaqə saxlaya bilərsiniz

  Ünvan:

Bakı şəh., Yasamal ray., Həsən bəy Zərdabi 92A

Tel:

(012) 310 44 55
( İş vaxtı: 7/24 )