Ən Yaxşı Internet Təminatı

FlexNET


Biz nə edirik? Bizimlə əlaqə

BİZ NƏ EDİRİK?


Fiber Optika


Nədir üstünlüklər?

1.GPON/EPON/Ethernet vasitəsilə internetə yüksəksürətli giriş,
2.Sizin telefon xəttiniz olmadığı halda belə internetə giriş,
3.Şəbəkə daxili 100 mbps -ə qədər yüksək sürət,
4.Simmetrik kanal(giriş sürəti çıxış sürətinə bərabərdir),
5.Şəbəkənin maksimal etibarlılığı,
6.Rabitənin stabil olaraq yüksək ötürücülük keyfiyyətinə malik olması.
7.RLO texnologiyası üzrə qoşulma öz texniki xüsusiyyətlərinə görə başqa texnologiyalara nisbətən daha etibalıdır
8.Video nəzarət
9.İP telefon və fərdi virtual səs xidmətləri,

IP & TELEFONIYA


FlexNET-lə internetə qoşulduğunuz halda, Siz əlavə SİP telefoniya xidmətindən yararlanaraq şəhər telefon nömrəsini də əldə edə bilərsiniz. SİP-telefoniya – adət etdiyimiz telefon rabitəsinin müasir alternatividir.SİP nömrənin alınma haqqı digər ödənişlərdən asılı olmayaraq, qoşulma zamanı bir dəfə ödənilir. Aylıq abunə haqqı aktiv edilən əlavə xidmətlərdən asılı olaraq, 3 AZN-dən başlayır və aidiyyatı olan şirkətə ödənilir. Daha ətraflı məlumat əldə etmək üçün Məlumat Şöbəsinə müraciət edə bilərsiniz.

Simli/ADSL


ADSL İnternet xidməti ilə bağlı FlexNET-ə müraciət edildikdə abunəçi ilə müvafiq xidmət müqaviləsi bağlanır. Bağlanmış müqaviləyə əsasən abunəçinin sifarişi ən gec 7 iş gününə yerinə yetirilir. Quraşdırıcı abunəçinin ünvanına gedir, modemi proqramlaşdırır/tənzimləyir və internet şəbəkəsinə qoşur.ADSL İnternet qoşulduqda telefon xəttiniz hər zaman sərbəst, gün ərzində internet şəbəkəsinə qoşulmanız daimi və fasiləsiz olacaqdır. Elə indi qoşul

IPTV


FlexNET-dən televiziya – yüksəksürətli internet əsasında yaradılmış, yeni nəsil interaktiv rəqəmsal televiziyadır. FlexNET-in televiziya xidməti sizə 150-dən artıq müxtəlif növ xəbər, idman, əyləncə və informativ kanalları təklif edir. FlexNET-lə televiziya həm maraqlı həm rahatdır! Sizin teleekran bütün ailənizin əyləncə mərkəzi olacaq. Daha ətraflı məlumat əldə etmək üçün Məlumat Şöbəsinə müraciət edə bilərsiniz.

Qoşulma


Qoşulma şərtləri haqqında .....

Texniki dəstək


Texniki xidmətlə bağlı müraciət edə bilərsiniz
7/24 gunun 24 saatı xidmet gosterilir

HAQQIMIZDA


about img

FlexNET

FlexNET MMC Yüksək rəqabətə dözümlü qabaqcıl texnalogiyalardan istifadə edib sizlərə xidmət edir

FlexNET internet provayderi – Azərbaycanı əhatə edən stabil, etibarlı və daim inkişaf edən şirkətlərdən biridir. Biz FTTX texnologiyası ilə işləyən fiber - optik şəbəkəmizi telekommunikasiya sahəsində lider vendor şirkətlərin avadanlıqları(Cisco, HP, Zyxel, Huawei) vasitəsilə daim genişləndirir və modernizasiya edirik.Bu səbəbdən FlexNET internet provayderinin istifadəçiləri yüksəksürətli internetlə yanaşı müxtəlif limitsiz internet tariflərindən də yararlanır. 140 dan çox rəqəmsal televiziya kanalı, internetə qoşulmanın 100 mbit/san qədər mümkünlüyü, IP telefoniya xidməti, 24 saat texniki dəstək, qoşulmanın rahatlığı, xidmətdən avtomatik idarəetmə xidməti - bütün bu sadalanan üstünlükləri FlexNET-ə qoşulan hər bir istifadəçi əldə edə bilər. Sizə ən əsası - yüksək keyfiyyətli internet, günün istənilən vaxtından və şəbəkə yüklənməsindən asılı olmayaraq daimi stabil və kəsintisiz internet xidmətini təmin edirik. Sən də qoşul
«FlexNET» şirkətinin fiber - optik magistral şəbəkəsi Fast Ethernet 100Base-FX və Gigabit Ethernet 1000Base-LX texnologiyaları əsasında qurulmuşdur.Buna uyğun ikinci L2 və üçüncü L3 səviyyəli yüksəktutumlu magistral kommutatorları quraşdırılır.Bərabər olaraq QoS (xidmətin keyfiyyəti,trafikin prioritetləşdirilməsi) və VLAN (IEEE 802.1Q/p dəstəkləyən kommutator bazaları) texnologiyalarından istifadə olunur. Hər evə və mənzilə fiber - optik kanal! Rayon şəbəkəsi "binaya optik kanal" (Fiber to the building, FTTB) və "bloka optik kanal" - texnologiyası əsasında hər bina (və ya mənzilə optik kanal) mərkəzi kommutatora qoşulmuş ayrıca fiber - optik kanal vasitəsilə əlaqələndirilir. Avadanlıqdan abunəçinin mənzilinə 5e kateqoriyalı Ethernet və ya optik kabel çəkilir. İstifadəçinin istəyinə uyğun olaraq mənzil və ya ofislər üçün "mənzilə fiber - optik" (Fiber to the home, FTTP) texnologiyası vasitəsilə birbaşa fiber - optik kabelin çəkilməsi də mümkündür.

BİZİMLƏ ƏLAQƏ


Əlaqə məlumatları:

Mövcud xidmətlərlə bağlı əlaqə saxlaya bilərsiniz

  Ünvan:

Bakı şəh. Yasamal ray. A.Qarayev küç.

Tel:

(012) 310 44 55
( İş vaxtı: 7/24 )